Accessibility links

AXCP fəalı azad buraxılıb


Samir Həsənov
Samir Həsənov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki Rayon Təşkilatının Gənclər Komitəsinin sədri Samir Həsənov mayın 2-də günorta saatlarında rayon polis şöbəsindən sərbəst buraxılıb. Bu barədə AXCP İdarə Heyətinin üzvü İlham Hüseyn bildirib.

İ.Hüseyn deyib ki, hələlik S.Həsənovun özü saxlanması barədə konkret açıqlama verməyib.

"Amma burada dərindən düşünməyə elə bir ehtiyac da yoxdur, ya hansısa tənqidi statusa görə, ya hansısa mövqeyə görə saxlanıla bilər, nəticəsi də ya "söyüş söyürdü", ya da "polisə müqavimət göstərdi" ola bilər".

AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov aprelin 30-da günorta saatlarında saxlanılraq Şəki Rayon Polis Şöbəsinə aparılıb. AXCP Şəki Rayon Təşkilatının sədri İlham Həsənov polisə gedərək saxlanmanın səbəbini öyrənmək istəsə də hər hansı bilgi verilməyib.

XS
SM
MD
LG