Accessibility links

AXCP fəalı saxlanılıb


“Mayın 9-da günorta saatlarından AXCP fəalı Mirfeyzulla Seyidovu ailəsi və partiya fəalları axtarır. Onun barəsində yalnız mayın 10-da səhər saatlarında xəbər ala bilmişik. Mirfeyzulla Seyidov Bakının Nərimanov rayon Polis İdarəsinin saxlanma yerindədır. Oradan ailəsinə zəng edərək dərmanlarını gətirmələrini xahiş ediblər”. Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.

AXCP fəalın saxlanılmasının səbəbləri barədə məlumata malik deyil.

“Mirfeyzulla Seyidov dializ xəstəsidir və bundan əvvəl də bir necə dəfə hədələnib, bir dəfə "Bandotdel"ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) aparılaraq bir gecə orada saxlanılıb. Orada ona demişdilər ki, bir daha buralara yolun düşsə, belə asanlıqla canını qurtara bilməyəcəksən”, AXCP-nin məlumatında deyilir.

Rəsmi qurumlar fəalın saxlanılmasının səbəbi barədə hələ məlumat yaymayıb.

XS
SM
MD
LG