Accessibility links

AXCP fəalı həbs edilib


Rahib Səlimov
Rahib Səlimov

Mayın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakının Nizami rayon şöbəsinin fəalı Rahib Səlimov həbs edilib.

Bu barədə AXCP məlumat yayıb.

Məlumata görə, Nizami rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) Səlimovu 25 sutka inzibati həbsə məhkum edib.

“Əvvəlcə fəalın atası Ədalət Səlimov Nizami Rayon Polis İdarəsinə çağırılıb. Atası Rahibə zəng edib. Rahib polisə gələndən sonra atanı azad edib, oğlunu saxlayıblar”, məlumatda qeyd edilir.

AXCP bildirir ki, Rahib Səlimov paylaşdığı son statusunda "xəstə cəbhədaşlarımı azad et, məni tut" kampaniyasını davam etdirib.

“AXCP fəallarına qarşı repressiya davam edir. Sonra da deyirsiniz ki, hakimiyyət bizim tələb və təkliflərimizi eşitmir, bu da nümunə, dünən Feyzullah Seyidov ev dustaqlığına buraxıldı, əvəzində Rahib Səlimov həbs olundu, belə operativliyə bir alqış...”, AXCP bildirir.

Rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG