Accessibility links

AXCP-nin 3 fəalı saxlanılıb


AXCP
AXCP

Mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üç fəalı saxlanılıb.

Polis AXCP Ali Məclisinin Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirlini və Qarabağ müharibəsi veteranı, keçmiş "vicdan məhbusu" Babək Həsənovu həbsə alıb.

Babək Həsənov
Babək Həsənov

Nəsirlinin və Həsənovun evlərində axtarış aparılıb.

AXCP-də hesab edirlər ki, bu şəxslərin saxlanması müxalifətin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar mayın 28-də Novxanı qəsəbəsində keçirəcəyi mitinqlə bağlıdır.

Öz növbəsində, Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli AXCP fəallarının həbsini pisləyib. Onun sözlərinə görə, son iki həftədə 10 AXCP fəalı saxta ittihamlarla həbs edilib.

Aqil Məhərrəmov
Aqil Məhərrəmov

Həsənli bunu hakimiyyətin AXCP-yə qarşı başlatdığı amansız müharibə adlandırıb.

"Qarabağda həyata keçirməli olduqları döyüşü Bakıda AXCP üzvlərinə qarşı həyata keçirirlər",Həsənli Facebook səhifəsində yazır.

Həsənlinin fikrincə, hakimiyyətin idarə olunan müxalifət yaratmaq cəhdi uğursuzluğa düçar olub.

Son 5-6 ayda partiyaya 700-ə yaxın insan daxil olub.

Həsənli hesab edir ki, repressiyalar AXCP-ni siyasi həyatdan sıxışdırıb çıxarmaq və idarə olunan müxalifət üçün yol açmaq məqsədilə həyata keçirilir.

Həsənlinin sözlərinə görə, bu plan payızda işə salınmalı idi, amma hansısa səbəblərdən erkən başladı. Amma plan uğursuzluğa məhkumdur və AXCP-ni yalnız gücləndirəcək.

Ruslan Nəsirli
Ruslan Nəsirli

AXCP sədri Əli Kərimli fəallar həbsini sərt tənqidlə şərh edib .

“Ölkəni savadlı, əqidəli, mübariz insanlar üçün cəhənnəmə çeviriblər. Nə deyirsiniz, əziz vətəndaşlar, mübariz insanların kütləvi şəkildə şərlənərək həbs olunması sülalə rejimini əbədi edə biləcəkmi? Mən xalqıma inanıram. Nə olur olsun, xalqımız cümhuriyyət prinsiplərindən, azadlıq və ədalət arzusundan vaz keçməyəcək və bir gün mütləq qalib olacaq!” oI facebook səhifəsində qeyd edib.

Rəsmi qurumlardan AXP fəallarının saxlanılmasının səbəbləri ilə bağlı məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG