Accessibility links

Daha bir AXCP fəalı saxlanılıb


Ramiz Kamal

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramiz Kamal mayın 26-də saxılanılıb. Bu barədə AXCP məlumat yayıb.

Ramiz Kamalın saxlanılmasının səbəbləri hələ bəlli deyil. Rəsmi qurumlar fəalın saxlanılması barədə hər hansı açıqlama verməyib.

AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb ki, AXCP-nin mübarizə simvollarından biri olan Ramiz Kamalı da həbs ediblər.

“Bu adamı siyasi prosesləri izləyən hər kəs tanıyır. Bütün mitinqlərin ön sırasında olan, siyasi məhbus məhkəmələrində iştirak edən fədakar cəbhəçidir. Ən vacibi dostlarının, ailələrinin hazırladığı sovqatları əksər siyasi məhbuslara Ramiz bəy aparırdı. Rejim siyasi məhbuslara sovqat aparmağı da qadağan etmək istəyir? Milyardaları ofşor zonalara daşıyanlar nə yaman cılızlaşıblar. Bu artıq siyasi mübarizə deyil, qisasçılıqdır”, Kərimli qeyd edir.

Mayın 8-də hazırda Rusiya vətəndaşı olan, 1992-1993-cü illərdə Gədəbəy rayon İcra hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov, mayın 10-da onun qardaşı oğlu Vidadi Rüstəmlı, mayın 25-də isə AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov həbs edilib.

Rəsmi məlumata görə, Saleh Rüstəmov Moskvada yaşayan azərbaycanlılardan pul toplayaraq həbs edilən fəalların vasitəsi ilə Əli Kərinliyə çatdırırrmış. Bu səbəbdən Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

AXCP ittihamları qəbul etmir və partiyaya qarşı iqtidarın təzyiqi kimi qiymətləndirir. Əli Kərimli bildirib ki, Saleh Rüstəmov bir neçə dəfə 500-100 dollar AXCP-yə yardım edib. Ancaq bu cinayət üçün əsas ola bilməz.

AXCP güman edir ki, Ramiz Kamal da bu cinayət işi üzrə saxlanılıb.

XS
SM
MD
LG