Accessibility links

AXCP fəalı həbs olunub


Füzuli Hüseynov
Füzuli Hüseynov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseynov iyunun 14-də həbsdə olan REAL Partiyasının lideri İlqar Məmmədovun ad günü münasibəti ilə onun portreti və azadlıq şüarı əks olunan plakat qaldırarkən saxlanılıb. Məhkəmə Hüseynovu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham edərək 10 sutka inzibati həbsə məhkum edib. Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Füzuli Hüseynovun özü Binəqədi rayonundakı İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən telefonla zəng edərək həbs edildiyini və həbsinə etiraz olaraq aclığa başladığını bildirib.

“Füzuli Hüseynovun həbsi insanın azadlıq hüququnun pozulmasıdır. O dinc etiraz edib, hər hansı insanın rahatlığını pozmayıb. Hüseynovun həbsdə olan insanı müdafiə edən şüar qaldırmasının isə polisin qanuni tələbinə tabe olmamaq ittihamına aidiyyatı yoxdur. Onun həbsi siyasidir”, AXCP bildirir.

Füzuli Hüseynov təkbaşına aksiya keçirən fəal kimi tanınır. O gözlənilmədən Bakının mərkəzi küçələrində siyasi məhbuslara azadlıq şüarları qaldırır. Fəal bundan öncə də inzibati həbs həyatı yaşayıb.

Rəsmi qurumlar Füzuli Hüseynovun həbsi ilə bağlı hər hansı məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG