Accessibility links

SDİ Yunis Səfərovun işgəncəyə məruz qalması ilə bağlı bəyanat yayıb


Leyla Yunus
Leyla Yunus

Sülh və Demokratiya İnstitutu (SDİ) Gəncə Şəhər Baş Polis İdarəsində Yunis Səfərova işgəncələrin verilməsi barədə informasiya ilə əlaqədar bəyanatla çıxış edib.

Y.Səfərov Gəncə şəhər merinin həyatına sui-qəsddə ittiham olunur.

SDİ qeyd edir ki, Y.Səfərov vəkil xidmətlərindən istifadə imkanlarından məhrum edilib, onun barəsində həbs qətimkan tədbirinin seçilməsilə bağlı məhkəmə prosesi olmayıb.

"Yunis Səfərova qarşı işgəncələr onun işgəncədən ölə bilmə ehtimalını reallığa çevirir ki, bu da Azərbaycanda "ədalət mühakiməsi" üçün çox xarakterik haldir", SDİ-nin bəyanatında deyilir.

"Beynəlxalq hüquq-mühafizə təşkilatları, AŞPA, Avropa parlamentinin deputatları, Avropa və ABŞ siyasətçiləri və diplomatları, KİV nümayəndələri qan içində olan Yunis Səfərovun fotolarından şoka düşüb", SDİ-nin direktoru L.Yunus vurğulayıb.

SDİ ümidvar oduğunu bildirir ki, beynəlxalq birlik, nəhayət, Azərbaycan hakimiyyətini insan hüquqlarının pozulmasına görə cavab verməyə çağıracaq.

Öz növbəsində polis Yunis Səfərovun tutulandan sonra işgəncələrə məruz qalmaslı ilə bağlı məlumatları təkzib edib.

“Səfərov həbs olunan zaman xəsarət alıb, saxlandıqdan sonra heç bir işgəncəyə məruz qalmayıb”. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

XS
SM
MD
LG