Accessibility links

Enerji problemi və Gəncədəki sui-qəsdə cəhdlə bağı sosial şəbəkələrdə çağırış edən 14 nəfər həbs edilib


Həbsxana
Həbsxana

Azərbaycanda yaranmış enerji problemi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA agentliyinə bildirblər ki, 10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bunlar Bakı sakini Rabil Qurbanov, Xırdalan şəhər sakini Yaşar Ferazi, Tovuz rayon Aşağı Ayıblı kəndi sakini Elxan Əliyev, Salyan rayon sakini Aqil Mehdiyev, Bakı şəhər sakini Əli Rəhimov, Tərtər rayon sakini Rəşad Camalov, Lənkəran rayonu Cəgiran kəndi sakini Elsevər Şıxəliyev, Sumqayıt şəhər sakini İlqar Quliyev, Cəlilabad şəhər sakini Əfqan Sadıqov, Sumqayıt şəhər sakini Rüfət Əliyevdir.

Bu cür çağırışlar edən Balakən şəhər sakini İlknur Şirinov 25 gün, Bərdə rayonu Qəhrəmanlı kənd sakini Sədi Kərimov 20 gün, Xırdalan şəhər sakini Babək Hüseynli 10 gün, Neftçala şəhər sakini Afiq Həşimov 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Salyan rayonu Yenikənd kənd sakini Rza Səfərsoy, Bakı şəhər sakini Səbuhi Qasımov barəsində isə cinayət işi qaldırılıb, axtarış aparılır.

Ağsu rayonu Hacıqədirli kənd sakini Mahir Balayev isə qanunsuz çağırış etdikdən bir gün sonra başqa cinayət hadisəsi törətdiyi üçün artıq həbs olunub.

Eyni zamanda Ağdam rayonu Kəngərli kənd sakini Bəhrəm Həsənov və Bərdə rayonu Otuzikilər kənd sakini Orxan Rəhimov inzibati qaydada cərimə olunub. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Səməd Bayramlıya xəbərdarlıq edilib.

XS
SM
MD
LG