Accessibility links

AXCP-nin iki fəalı həbs edilib


AXCP
AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iki fəalının inzibati qaydada həbs edildiyini bildirir.

AXCP-nin məlumatına görə, partiyanın Qazax rayon təşkilatının üzvü Tahir Mustafayev iyulun 10-da saxlanılıb. O, Qazax rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.

Fəal polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.

Daha bir AXCP üzvü isə Lənkəran Məhkəməsinin qərarı ilə həbs edilib.

AXCP-nin Binəqədi təşkilatının fəalı Ramin Əhmədov iyulun 9-da Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə çağırılıb.

R.Əhmədov iyulun 10-da qeydiyyatda olduğu Lənkəran şəhərinə aparılıb və Lənkəran rayon Məhkəməsi qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib. Məhkəmə onu da polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilib.

AXCP fəalların həbsinin qanuni əsasının olmadığını, siyasi fəaliyyətlərinə görə həbs edildiyini bəyan edib.

AXCP üzvlərinin həbsi ilə bağlı rəsmi qurumların münmasibətini almaq mümkün olmayıb.

Rəsmi Bakı bir qayda olaraq heç kimin siyasi səbəblərə görə həbs edilmədiyini, təqibə məruz qalmadığını bəyan edir.

XS
SM
MD
LG