Accessibility links

Daha iki sayta qarşı cinayət işi başlanıb


Gəncə qapıları
Gəncə qapıları

İyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Akif Əliyev həbs edilib. Bu barədə yerli media hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Həmçinin iyulun 10-da Gəncə şəhərində iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnən hadisənin iştirakçısı hesab edilən Seymur Əliyev və Elman Rüstəmovun həbs edildiyi bildirilir.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən daha 4 nəfərin Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanıldığı barədə yerli media məlumat yayıb.

Bununla yanaşı, rəsmi qurumlar yerli mediada həbs olunanlarla bağlı yayılan xəbər barədə hələ rəsmi məlumat yaymayıb.

Xatırladaq ki, rəsmi qurumların məlumatına görə Gəncədə baş verən hadisələrlə bağlı 60-dək insan saxlanılıb.

Baş Prokurorluğun məttbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, doğru olmayan məlumat yaydığına görə "gununsesi.info” və “teref.info” saytlarının vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Günün səsi saytı
Günün səsi saytı

Qeyd edək ki, hazırda gununsesi.info və teref.info saytlarına giriş mümkün deyil.

Baş Prokurorluğun mətbuat xidmətinin bir neçə gün öncə yaydığı məlumata görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Hazırda adı sadalanan dörd sayta giriş mümkün deyil.

Bastainfo.com və criminalaz.com saytalarının rəhbərləri Bakı şəhər Prokuroluğunda dindirildiyini bildirib.

Bastainfo.com saytının rəhbəri Mustafa Hacılı deyib ki, ondan son günlər artıq ardıcıl olaraq prokurorluqda izahat alınır. Eyni zamanada bu saytla əməkdaşlıq edən bir neçə şəxs də prokurorluqda dindirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG