Accessibility links

Tikinti şirkətinin rəhbəri həbs edilib


Prokurorluq əməkdaşları "Fidan" tikinti firmasının rəhbəri Əli Şükürovu həbs edib. O, qanunsuz tikinti işləri həyata keçirməkdə ittiham olunur.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 12-də Dövlət Şəhərsalma Komitəsinin nümayəndələri Bakının Nəsimi rayonunda Cavadxan küçəsi, 68A ünvanında qanunsuz tikinti aparıldığını müəyyən edib.

Yoxlama nəticəsində təqdim edilən sənədlərin qanunun tələblərinə cavab vermədiyi müəyyən edilib və materiallar prokurorluğa göndərilib.

Prokurorluq yoxlaması Əli Şükürovun qanunu pozaraq və mülkiyyət hüququ olmadan 1 iyul 2018-ci il tarixində 16 mərtəbəli ev tikmək üçün çala qazmağa başlayıb. Şükürov barəsində cinayətkar sövdələşmə ittihamı ilə cinayət işi açılıb, o, məhkəmənin qərarı ilə həbs edilib, deyə prokurorluğun məlumatında bildirilir.

XS
SM
MD
LG