Accessibility links

Aksiya keçirən AXCP üzvləri saxlanılıb


AXCP üzvləri aksiya keçirir

Həbsdə olan fəalların ailə üzvləri ilə görüşünə imkan verilməməsinə etiraz olaraq avqustun 20-də Bakıda Elmlər Akademiyası metro stansiyasının qarşısında aksiya keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri saxlanılıb.

AXCP Mətbuat Xidmətinin məlumatına görə AXCP üzvləri Nicat Abdullazadə, Bəşir Tarverdiyev, Ramin Əhmədov və Ruslan Qurbanlı etiraz aksiyası keçirib.

“AXCP üzvləri həbsdə olan fəalların fotoları əks olunan plakatlar qaldırıb və bununla onların ailə üzvləri ilə görüşünə imkan verilməməsinə etiraz ediblər”.

AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov mayın 25-də həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə məsuliyyətə cəlb edilib. Onların hamısını "çirkli pulların yuyulmasında" ittiham ediblər, bu, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsindən ibarət olub.

AXCP-nin məlumatına görə həbsdə olanların ailə üzvləri ilə görüşünə imkan verilmir.

Etiraz aksiyası keçirən AXCP üzvləri saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aparılıb. Ruslan Qurbanlı azad edilsə də, Nicat Abdullazadə, Bəşir Tarverdiyev və Ramin Əhmədov hələ də polis bölməsindədir.

AXCP Mətbuat Xidməti hər üç fəalın avqustun 21-də məhkəmə qarşısına çıxarılacağını güman edir.

Rəsmi qurumlar AXCP üzvlərinin saxlanılması ilə bağlı hələ hər hansı məlumat yaymayıb.

XS
SM
MD
LG