Accessibility links

Müsavat Partiyasının fəalı saxlanılıb


Əziz Qəhrəmanov
Əziz Qəhrəmanov

Sentyabrın 15-də Müsavat Partiyasının fəalı Əziz Qəhrəmanov Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında təkbaşına aksiya keçirdiyi zaman saxlanılıb.

Müsavat Partiyasının məlumatına görə partiya fəalı “Xarici İşlər Nazirliyi mənasız sülh danışıqlarını durdurun!” , “Düşmənlə müharibə dili ilə danışın!” şüarı qaldıraraq Ermənistan-Azərbaycan münaqişəsi ətrafında 25 ildən çox aparılan danışıqların nəticəsinin olmamasına etiraz edib.

Hadisə yerinə gələn polislər Qəhrəmanovu saxlayıb.

Müsavat Partiyası bildirir ki, Əziz Qəhrəmanov ötən il də müxalifətin mitinqində iştirak etdiyi üçün 20 sutka müddətinə azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG