Accessibility links

Müsavat fəalı həbs edilib


Bakının Yasamal Rayon Məhkəməsi Müsavat Partiyası Səbail rayon təşkilatının fəalı Əziz Qəhrəmanovu inzibati qaydada 10 sutka həbsə məhkum edib. Bu barədə Müsvatat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda fəalın nədə günahlandırıldığı qeyd edilməyib.

Müsavat fəalı sentyabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında təkbaşına aksiya keçirdiyi zaman saxlanılıb.

Müsavat Partiyasının məlumatına görə, partiya fəalı “Xarici İşlər Nazirliyi mənasız sülh danışıqlarını durdurun!” , “Düşmənlə müharibə dili ilə danışın!” şüarı qaldıraraq Ermənistan-Azərbaycan münaqişəsi ətrafında 25 ildən çox aparılan danışıqların nəticəsinin olmamasına etiraz edib.

Müsavat Partiyası bildirir ki, Əziz Qəhrəmanov ötən il də müxalifətin mitinqində iştirak etdiyi üçün 20 sutka müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG