Accessibility links

Fuad Ağayev: İlqar Məmmədovun xarici mütəxəssislər tərəfindən müalicə olunmasını istəyirik [Vəkillə audio-müsahibə]


Ilqar Məmmədov
Ilqar Məmmədov

REAL liderinin belində şiddətli ağrılar yaranıb

"İlqar Məmmədovun səhhətində kifayət qədər ciddi problemlər var, və onu müayinə, müalicə edən həkimlər xaricdədir. Biz Penitensiar Xidmət tərəfindən onun xarici mütəxəssislər tərəfindən müayinə və mülaicə olunması üçün şərait yaradılmasını istəyirik. Bununla bağlı Azərbaycanın beynəlxalq öhdəlikləri var". Bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil Fuad Ağayevin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Onun sözlərinə görə, İlqar Məmmədovun səhhətində problemlər həbsdə olduğu müddətdə həmişə olub.

“Lakin o, bunun ictimailəşdirilməsini istəmirdi.”

Ən ciddi problem İlqar Məmmədovun bel nahiyyəsindədir.

“Martın 22-də onun səhhətindəki problemin daha da ciddiləşməsi ilə bağlı məlumat aldıq. O çətinliklə telefon şəbəkəsi olan məntəqəyə gəlib həyat yoldaşına zəng edib ki, ağrıları şiddətlənib və çox çətinliklə yeriyir,” vəkil bildirib.

Martın 22-də onun səhhətindəki problemin daha da ciddiləşməsi ilə bağlı məlumat aldıq. O çətinliklə telefon şəbəkəsi olan məntəqəyə gəlib həyat yoldaşına zəng edib ki, ağrıları şiddətlənib və çox çətinliklə yeriyir.

Fuad Ağayev bayram günləri olduğundan Məmmədova cəzaçəkmə müəssisəsində tibbi yardım göstərilib-göstərilməməsi və ya müalicə müəssisəsinə köçürülüb-köçürülməməsi barədə məlumatsızdır.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib.

Vəkil Fuad Ağayev
Vəkil Fuad Ağayev

Avropa Şurası Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

2015-ci ilin oktyabrında Ali Məhkəmə işə təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. 2016-cı ili aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxladığından Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

İlqar Məmmədov qanunsuz məhkum edilməsi ilə bağlı 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə (ikinci şikayət) şikayət verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG