Accessibility links

Vəfa Məmmədova: İlqar Məmmədov kəskin osteoxondrozdan əziyyət çəkir [Audio-Müsahibə]


Vəfa Məmmədova
Vəfa Məmmədova

REAL liderinin həyat yoldaşı onunla görüşdən sonra Amerikanın Səsinə müsahibə verib

“İlqarın səhhəti ötən günlərə nisbətdə bir qədər düzəlib. Əsasən kəskin bel ağrılarından əziyyət çəkir. Ağrıları davam edir. Ümumilikdə vəziyyəti yaxşı deyil.” Bu barədə bazar ertəsi 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşdən sonra onun həyat yoldaşı Vəfa Məmmədova Amerikanın Səsinə müsahibəsində bildirib.

REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

İlqar Məmmədov
İlqar Məmmədov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

REAL Hərəkatının lideri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədovanın Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Vəfa Məmmədovanın sözlərinə görə, ötən həftə xarici həkimlərin İlqar Məmmədovu müayinə etməsi xahişi ilə müraciət ediblər.

“Əfsuslar olsun ki, bayram günləri olduğundan bununla yaxından məşğul ola bilmədilər. Amma, ötən həftənin beşinci günü Ədliyyə Nazirliyinin Tibb İdarəsinin həkimləri İlqarı cəzaçəkmə müəssisəsində müayinə ediblər. Kəskin osteoxondroz olduğunu deyiblər. Bu da onun əlamətidir ki, həbsxanada ortopedik qaydalara uyğun yataq və oturaclaqlar yoxdur. Ona görə də onun bel ağrıları daha da kəskinləşir. İlqarda əvvəllıər də bel ağrıları var idi. Həbsxanadakı şəraitsizlik ağrıları çoxaldıb”, o qeyd edib.

Ədliyyə Nazirliyinin Tibb İdrarəsinin və həbsxananın həkimi İlqar Məmmədova ortopedik yataq və oturacaq veriləcəyinə söz verib.

“Amma, hələ nə ortopedik yataq, nə də oturacaq verilməyib”.

Onun sözlərinə görə, həkimlər İlqar Məmmədovun müalicə müəssisəsinə köçürülməsini məsləhət bilməyib.

“Deyiblər ki, bu, müalicə ilə, iynə-dərmanla keçən xəstəlik deyil. Sadəcə ortopedik yataq və oturacaq lazımdır”.

İlqar xarici mütəxəssislərin onu müayinə və müalicə etməsini istəyir. Yalnız bel ağrısı üçün deyil, ümumiyyətlə o, artıq dörd ildir heç bir həkim müayinəsindən keçməyib.

REAL Hərəkatının lideri həyat yoldaşına xarici mütəxəssislərin onu müayinə etməsini istyədiyini bildirib.

“Bəli, İlqar xarici mütəxəssislərin onu müayinə və müalicə etməsini istəyir. Yalnız bel ağrısı üçün deyil, ümumiyyətlə o, artıq dörd ildir heç bir həkim müayinəsindən keçməyib.”

Vəfa Məmmədova Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin hələ İlqar Məmmədovla görüşmədiyini bildirib.

“Məın bunu bayram günləri olması ilə əlaqələndirirəm. Neçə gün idi ki, Qırmızı Xaş Komitəsinin işçiləri işləmirdi. Mən özüm də onlara zəng etmişdim. Telefona cavab verən olmadı. Bu gün yenə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi ilə telefonla danışmağa cəhd edəcəm. Yəqin ki, biganə qalmazlar”, Məmmədova deyib.

Vafa Məmmədova “İlqar Məmmədovun hökumətə, cəmiyyətə mesajlarının olub-olmaması” barədə sualın cavabında deyib ki, “elə vəziyyətdə idi ki, o barədə danışmadıq, sadəcə öz sağlamlığı barədə danışdıq".

Beynəlxalq hüquq müdafiəsi təşkilatları İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edir.
Beynəlxalq hüquq müdafiəsi təşkilatları İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edir.

“Sadəcə müraciət edə bilərəm ki, beynəlxalq təşkilatlar, Qırmızı Xaç Komitəsi İlaqarla bir az yaxından maraqlansın,” o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib ki, məhkumlar təkcə Penitensiar Xidmətdə fəaliyyət göstərən həkimlərin yox, həmçinin istədikləri mütəxəssislərin müayinəsindən keçə bilər.

“Yəni, məhkum olunan şəxslər Penitensiar Xidmətin həkimlərinin müşahidəsi ilə öz hesablarına istədikləri mütəxəssislər tərəfindən müayinə və müalicə edilə bilər. Bu, qanunvericiliyin tələbidir”, Sadıqov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG