Accessibility links

Ana: Oğluma işgəncə veriblər


Abbas Hüseynov
Abbas Hüseynov

"Müsəlman Birliyi" Hərəkatı rəhbərinin müavini, Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynovun anası oğluna işgəncə verildiyini bildirib.

Rəhimə Hüseynovanın sözlərinə görə, oğlu bu barədə mayın 10-da həbsxanadan evə zəng edərək bildirib.

Ana deyib ki, son iki gündür Abbası dəmir dirəyə bağlayırlar, bütün günü günəşin altında saxlayırlar.

"Bu gün həmişə olduğundan gec zəng elədi və dedi ki, onu bağladıqları dirəkdən indi açıblar", R.Hüseynova bildirib.

O xatırladıb ki, aprelin sonlarında KİV-də AXCP lideri Əli Kərimlini təbrik etdiyinə görə onun oğlunu döyüblər, karserə salıblar.

Ananın sözlərinə görə, o, işgəncə faktı ilə bağlı Penitensiar Xidmətə, ombudsmana və Beynəlxalıq Qırmızı Xaç Komitəsinin (BQXC) Bakı nümayəndəliyinə müraciət edib.

"Ancaq Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) reaksiya verib. Qurumun əməkdaşları Abbasa baş çəkib. Abbas başına gələnləri onlara danışıb. Onlar getdikdən sonra Abbasa yenidən əziyyət veriblər, dirəyə bağlayıblar", R.Hüseynova bildirib.

Ancaq Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi A.Hüseynova işgəncə verilməsi barədə fikirləri təkzib edib, "uydurma" adlandırıb.

A.Hüseynov 2015-ci il Nardaran hadisələri ilə bağlı 20 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG