Accessibility links

Təbriz məhkəməsi Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyub


Həkimə Əhmədi
Həkimə Əhmədi

Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsi türk fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyub. Qadağa qərarı çərşənbə günü məhkəmə tərəfindən göndərilən çağırış vərəqəsində açıqlanıb.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Öyrənci saytının yaydığı xəbər və görüntülərə istinadən, Həkimə Əhmədidən sentyabrın 23-də “izahat vermək üçün” məhkəməyə müraciət etməsi tələb edilib. Lakin, çağırış vərəqəsi eyni tarixdə fəalın əlinə çatıb.

Çağırış vərəqəsində yazılanlara görə, Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsi milli fəalı “ictima asayişi pozmaq” ittihamı ilə mühakimə edir.

Əhmədi iyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə saxlanılıb və təqribən üç həftə nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Keçən iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar Təbriz, Urmiyə, Ərdəbil və Tehran kimi şəhərlərdə Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd ediblər. Həmin gün bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri isə təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alınıb.

Həkimə Əhmədi keçən illərdə də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıb.

XS
SM
MD
LG