Accessibility links

Hələbdə atəşkəs pozulub


Suriyanın Hələb şəhərindən mülki əhali və rəqib döyüşçülərin evakuasiyası yubanır. Döyüşlərin bərpası ilə atəşkəs pozulub.

Hökumət avtobusları qərb bölgədə ilk evakusiya əməliyyatına başlayıb. Plana əsasən rəqib döyüşçülər İdlibə köçürülməli idi.

Rusiya müxalifət qüvvələrini atəşkəsi pozmaqda ittiham edib.

Fövqəladə hallar şurasının növbəti sessiyasında qərb nümayəndələri Rusiyanı Bəşar Əl-Əsəd rejiminə dəstək verdiyinə görə tənqid edib.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin Qərbin iddialarını rədd edərək, onları dizinformasiya, təbliğat və psixiloji müharibənin bir hissəsi adlandırıb.

Hələbin geri alınması ilə rəqib döyüşçülr və Hizbillanın dəstəklədiyi Suriya ordusu arasında 4 illik döyüşlərə son qoyulmuş olacaq.

XS
SM
MD
LG