Accessibility links

Pan Gi Mun : Suriyadakı vəziyyət dünyanın ən ciddi təhlükəsizlik problemidir


BMT-nin baş katibi blokadada qalmış insanlara yardım göstərilməsinə imkan yaratmağa çağırıb

Suriyanın daxili mənbələri və insan haqları qruplarının bildirdiyinə görə, vertolyotlarla müxalifətin nəzarətində olan Hələb şəhərinə bombalar salınıb.

Hücum BMT-nin baş katibi Pan Gi Munun Suriyadakı vəziyyəti dünyanın ən ciddi təhlükəsizlik problemi olduğunu bildirdiyi vaxta təsadüf edir.

O, Suriya üzrə nümayəndə Laxdar Brahimi, ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirələr zamanı tərəflərin fevral ayının 10-da keçiriləcək sülh müzakirələrinə gətirilməsinin vacibliyini söylədiyini deyib.

Pan Gi Min xüsusilə Suriya hökuməti olmaqla, tərəfləri blokadada qalmış insanlara yardım göstərilməsinə imkan yaratmağa çağırıb.

Suriyanın müxalifət və hökumət təmislçilərinin danışıqlarının birinci raundu cümə günü ciddi nəticə əldə edilmədən başa çatıb.
XS
SM
MD
LG