Accessibility links

Həmas İsraillə Qəzzada keçidi bağlayıb


Qəzzada Mazen Faqhanın dəfn mərasimi
Qəzzada Mazen Faqhanın dəfn mərasimi

Qəzzaya nəzarət edən Həmas rəsmiləri yüksək rütbəli militantın müəmmalı qətlindən sonra bazar günü İsraillə Qəzzada səhərd keçidini bağlayıb.

Həmasın Daxili İşlər nazirliyinin sözçüsü İyad Əl-Bozum bildirib ki, Erez keçid məntəqəsi növbəti xəbərdarlığa qədər hər iki tərəfdən bütünlüklə bağlanır.

Qeyri-adi bu ölçü Həmasın yüksək səviyyəli militantı Mazen Faqhanın cümə günü Qəzza şəhərindəki evinin qarşısında güllə ilə vurulub öldürüldükdən sonra götürülüb. Qəzzaya nəzarət edən islamçı militant qrup olan Həmas Faqhanın başından beş dəfə güllə ilə vurulduğunu bildirib və heç bir dəlil göstərmədən İsraili ona qarşı sui-qəsddə ittiham edib.

Həmas yerli əhali arasında İsraillə əməkdaşlıq edənlərin qətldə əli olduğundan şübhələnərək, Qəzza zolağında onlarla yoxlama postu yerləşdirib. Bu yoxlama postlarında sürücülər şəxsiyyət vəsiqərələrini təqdim edib yoxlamadan keçməlidi. Erez keçidinin bağlanması jurnalistlər, yardım işçiləri və İsraildə tibbi müalicə alan xəstələrə də şamil edilir.

Mazen Faqha israillilər əleyhinə intiharçı bomba hücumlarının təşkili ilə əlaqədar doqquz dəfə ömürlük həbs cəzasına məhkum edilib. O, 2011-ci ildə İsrail əsgəri Gilad Şalitin təhvili müqabilində azadlığa buraxılan mindən çox fələstinli ilə birlikdə azad edilmişdi. Faqha İsrailin İordan çayının Qərb sahilindən ağır cinayətlərlə əlaqədar olaraq Qəzzaya və başqa yerlərə deportasiya etdiyi onlarla şəxs arasında olub.

Onun şənbə günü dəfn mərasimində minlərlə tərəfdarı, o cümlədən, Qəzzanın yüksək səviyyəli rəsmiləri iştirak edib. Onlar qətlə görə qisas almağa söz verib.

İsrail qətllə əlaqədar şərh verməyib.

XS
SM
MD
LG