Accessibility links

Səfir Hoqland ATƏT-ın Minsk Qrupunun həmsədri vəzifəsini icra edəcək


Riçard E. Hoqland
Riçard E. Hoqland

2017-ci ilin yanvarından etibarən səfir Riçard E. Hoqland müvəqqəti olaraq ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədri vəzifəsini icra edəcək. O, dekabrın 31-i sözügedən vəzifədən istefa verən səfir Ceyms B. Uorliki əvəz edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat üçün açıqlamasında deyilir.

Səfir Hoqland diplomatik sahədə 30 ildən çox təcrübəyə malikdir. O, 2003-2006-cı illərdə Tacikistanda və 2008-2011 illərdə QazaxıstandaABŞ-ın səfiri, 2011-2013 illərdə isə Pakistanda səfir müavini olub. Səfir Hoqland bu yaxında Suriyada Zorakılığın Dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Vaşinqtonda Dövlət Departamentində Cənubi və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışıb. Bundan öncə isə, səfir Hoqland Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun Qafqaz və Mərkəzi Asiya ofisinə rəhbərlik edib və ABŞ-in Moskvadaki səfirliyinin sözçüsü olub.

Birləşmiş Ştatlar hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tapılması üçün tərəflərlə işlədiyi bir vaxtda səfir Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq. Birləşmiş Ştatlar tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa, Vyana və Sankt Peterburqda əldə olunan razılıqları icra etməyə və həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır.

Səfir Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq.

XS
SM
MD
LG