Accessibility links

Raket və Artilleriya birləşmələri təlim keçirir


Azərbaycan Silahlı Qüvvələri Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatlıda deyilir.

Raket və Artilleriya birləşmələri təlim keçirir
Raket və Artilleriya birləşmələri təlim keçirir

Mətbuat xidməti bildirir ki, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Xəbərdə deyilir ki, təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.

XS
SM
MD
LG