Accessibility links

İlham Əliyev iki silah zavodunun açılışında iştirak edib


İlham Əliyev silah zavodunu açır
İlham Əliyev silah zavodunu açır

Prezident İlham Əliyev Şirvan şəhərinə (Bakıdan 127 kilometr cənub-qərb) səfəri zamanı Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin nəzdindəki silah zavodlarının açılışında iştirak edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Zavodlar Almaniya, ABŞ, Fransa, Hollandiya, İtaliya, Bolqarıstan, Avstriya, Türkiyə, Ukrayna və Tayvanın qabaqcıl texnologiyaları ilə təchiz edilib.

TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunda tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı nəzərdə tutulur.

Bu sistem 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv edə bilər.

İlham Əliyev silah zavodunu açır
İlham Əliyev silah zavodunu açır

Rəsmi məlumatda deyilir ki, 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunda düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalı təşkil edilib.

XS
SM
MD
LG