Accessibility links

6 ayda 38 hərbçi dünyasını dəyişib


Cəbhə xəttində Azərbaycan bayrağı
Cəbhə xəttində Azərbaycan bayrağı

2017-ci ilin ilk altı ayında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 38 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 16 nəfəri döyüş, 22 nəfəri qeyri döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumatda deyilir ki, Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 3 hərbçi xəstəlik nəticəsində, 4 nəfərin intihar etdiyi, 2 nəfərin bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 7 nəfər naməlum hadisə səbəbindən, 3 nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 3 nəfər avto-qəzada ölüb.

Dünyasını dəyişənlərin 13 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 17 nəfəri əsgər, 1 nəfəri gizir, 7 nəfərsə zabit olub.

Ötən dövrdə ümumilikdə 3 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. 2 hərbçi erməni gülləsindən yaralanıb, 1 hərbçi avto-qəza nəticəsində xəsarət alıb.

Hərbi ilə bağlı məsələlər səbəbindən ötən dövrdə azı 5 dinc sakin həlak olub. Bir nəfər mina partlayışından, 4 nəfərsə naməlum səbəblərdən həyatını itirib. Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.

XS
SM
MD
LG