Accessibility links

Müdafiə naziri Çinə səfər edəcək


Zakir Həsənov
Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Çinin milli müdafiə naziri Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, rəsmi səfər çərçivəsində Çinin hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti ordunun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG