Accessibility links

Azərbaycan Ordusu Naxçıvanın Ermənistanla sərhədində əraziyə nəzarəti ələ keçirib


Günnüt kənd sakinləri
Günnüt kənd sakinləri

1992-ci ildən Ermənistanın nəzarətində olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bu barədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb”, məlumatda qeyd edilir.

Günnüt kənd sakinləri
Günnüt kənd sakinləri

Bununla yanaşı, yerli televiziyalar azad edilmiş ərazidən reportajlar yayıb. Reportajlarda kənd sakinlərinin qayıdışı, dağıdılmış evlərini və qəbiristanlıqlarını ziyarət edtdikləri əks etdirilir.

Ermənistan mediası da həmin regionda, Naxçıvanla sərhəddə yaşayan əhaliyə istinadən Azərbaycan Ordusunun qeyd edilən əraziyə nəzarəti ələ keçirdiyi barədə məlumatlar yayıb.

Xatırladaq ki, mayın 18-də Ermənistanın xarici işlər naziri Zoqrab Mnaçakanyan və müdafiə naziri David Tonoyan Naxçıvanla sərhəd bölgəsinə səfər edib.

XS
SM
MD
LG