Accessibility links

Zakir Həsənov: Azərbaycan Ordusu avtomatlaşdırılımış komanda sistemi ilə təchiz olunub


zakir Həsənov
zakir Həsənov

İyunun 26-da keçiriləcək hərbi paradda Azərbaycanın yeni silahları, o cümlədən raket hücumundan müdafiə sistemləri nümayiş etdiriləcək.

Bu barədə müdafiə naziri Zakir Həsənov iyunun 20-də Ali Hərbi Məktəbin kursantlarının qarşısındakı çıxışında bildirib.

“Söhbət düşmən ərazisinin dərinliyində yerüstü və hava hədəflərini məhv etməyə qadir olan uzaq məsafəli raket-artilleriya sistemindən gedir”, o qeyd edib.

Nazirin sözlərinə görə, Silahlı Qüvvələrin hərbi maşınları tamamilə yenilənib, yeni artilleriya sistemləri alınıb.

Hərbi texnika
Hərbi texnika

“Ordumuzda islahatlar davam edir. Əsas istiqamətlərdən biri də ordunu tam müasir, yüksək dağıdıcı gücə malik və düşməni dəqiqliklə məhv edə bilən silahlarla təchiz etməkdir. Azərbaycan Ordusuna ən müasir silahlar alınıb və bu proses davam edir. Yaxın illərdə bu istiqamətdə görülən işlər yekunlaşacaq. Bütün döyüş maşınları yeniləndi və qalan hissəsi də yüksək səviyyədə modernizasiya edilib. Bilirsiniz ki, ordumuza yeni tanklar alınıb. Digər tanklarımız da hərtərəfli modernizasiyadan keçirilib. Bu tanklar öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Ordumuza yeni piyada döyüş maşınları, zirehli transportyorlar, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Yeni alınan texnikalarımızı paradda görə biləcəksiniz. Xeyli sayda yeni artilleriya sistemləri alınıb. Onlar ən müasir atəş idarəetmə sistemləri ilə təchiz olunub. Bu sistemlər uzaq məsafədən dəqiqliyi ilə hədəfi məhv etməyə qadirdirlər”, nazir qeyd edib.

Həsənov deyib ki, islahatların əsas istiqamətlərindən biri də ordunun idarə olunmasıdır.

Raket sistemi
Raket sistemi

“Dünyada nadir ordular var ki, avtomatlaşdırılımış komanda sistemi ilə təchiz olunub. Bizim bütün qoşun növlərində və mərkəzi idarəetmə sistemində bu iş 90 faiz səviyyəsində qurulub. Planlaşdırırıq ki, yaxın vaxtlarda bu işi yekunlaşdıraq. Biz artıq bu sistemdən istifadə edirik. Nazirliyin rəhbər heyəti, əsas, ehtiyat idarəetmə məntəqəsi, qoşun növləri, Hava Hücumundan Müdafiə Qoşunları, artilleriyanın avtomatlaşdırılmış idarəetmə sistemi artıq istifadə olunur və bu iş yekunlaşır. Biz bütün bunları ümumi idarəetmə məntəqəsinə yerləşdirmişik və ordunu bu ən müasir sistemlə tam şəkildə idarə edirik. Bu, çox böyük islahatdır”, nazir jurnalistlərə deyib.

Qeyd edək ki, Azərbaycan Ordusu C 300 Favorit HHM, C 200, BUK M1, TOP2E (Rusiya), "Jeleznıy kupol", "Barak" və "Spayder" (İsrail), həmçinin İsrail və Rusiya istehsalı olan bir neçə radar sisteminə malikdir.

Bu ilin iyununda Azərbaycan orta məsafəli "Polonez" (Belarus) və LORA (İsrail) raket kpmpleksləri alıb.

XS
SM
MD
LG