Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə hərbi parad keçirilib [Video] & [Fotoqalereya]


Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə hərbi parad keçirilib
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Hərbi paradda şəxsi heyətin və hərbi texnikanın təntənəli keçidi olub

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Bakıda Azadlıq meydanında hərbi parad keçirilib.

Prezident İlham Əliyev hərbi paradı qəbul edib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar Azərbaycana gəlmiş nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları hərbi paradın tribunasında olub. Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Paradı on minlərlə insan müşahidə edib.

Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.

Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi olub.

İlk olaraq parada raket, minaatan və digər silah növləri ilə silahlanmış, habelə pilotsuz uçan aparatların məhv edilməsi, kəşfiyyat tədbirlərinin həyata keçirilməsi, zenit sistemləri ilə təchiz edilmiş müxtəlif modifikasiyalı hərbi zirehli avtomobillər çıxıb.

Daha sonra 11 km yüksəklikdən 45 saat ərzində kəşfiyyat aparmaq iqtidarında olan müxtəlif növ və təyinatlı zərbəçi pilotsuz uçan aparatlar keçib.

Artilleriya MSTA, "Pion", TOC-1A, "Angara", "Xrizantema", "Vena", "Dana" özügedən qurğuları və müxtəlif tip toplarla təmsil olunub.

Zenit sistemlərini "Qrad", "Smerç", "Sakariya", "Uraqan" təmsil edib.

Zirehli texnika PDM-2, PDM-3, T-72 və T-90 tankları ilə təmsil olunub.

HHQ sistemlərini "Buk M-1", "C-300", "Barak-8" zenit-raket kompleksləri və "Ekstra", "Polonez", "Lora" orta mənzilli raket kompleksləri təmsil edib.

Aviasiya "Bell 412", Mİ-24, Mİ-35, KA-17, Mİ-8 helikopterləri və SU-25, MİQ 29 təyyarələri ilə təmsil olunub, onlar yüksək pilotaj fiqurları nümayiş etdiriblər.

Prezident Əliyev hərbi paraddakı niqtqində bildirib ki, Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır.

“Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə başlamışıq”.

Prezident qeyd edib ki, son illər ərzində ən müasir texnika və silahlar alınıb.

“Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”, o qeyd edib

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışarkən deyib ki, Ermənistan Azərbaycanla heç cür rəqabət apara bilmir və bilməyəcək.

“Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir”, Əliyev 2016-cı ilin aprel döyüşlərini yada salıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradı başa çatdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələr Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə Bakı buxtası üzərində nümunəvi uçuşlar keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG