Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda yol qəzasında ölüb, 11-i yaralanıb.
Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Naxçıvanda döyüş növbətçiliyi aparan hərbi qulluqçuları daşıyan avtomobil iyulun 5-də qəzaya düşüb. Nəticədə 3 hərbçi həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.