Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin baş qərargah rəisi İsrailə səfər edib


Nəcməddin Sadıkov

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Nəcməddin Sadıkov oktyabrın 22-də Tel-Əviv şəhərinə rəsmi səfərə gedib.

Səfər İsrail ordusunun Baş Qərargah rəisi Qadi Ayzenkotun dəvəti ilə baş tutub.

Səfər çərçivəsində N.Sadıkov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi, həmçinin digər rəsmi şəxslərlə görüşəcək, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrə gedəcək.

XS
SM
MD
LG