Accessibility links

Azərbaycan və İsrail hərbi-texniki əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Nəcməddin Sadıkov və Qadi Ayzenkot
Nəcməddin Sadıkov və Qadi Ayzenkot

Tel-Əvivdə Azərbaycan və İsrailin baş qərargah rəisləri Nəcməddin Sadıkov və Qadi Ayzenkotun görüşü keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbətdə Ayzenkot bildirib ki, İsrail Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

Sadıkov öz növbəsində Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və hər iki dövlətin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb

Dünən İsrailin müdafiə naziri Aviqdor Liberman da Sadıqovu qəbul edib.

XS
SM
MD
LG