Accessibility links

Yanvarda 6 nəfər hərbçi həlak olub


Əsgər ölümünə etiraz aksiyası
Əsgər ölümünə etiraz aksiyası

9 nəfər isə yaralanıb

2014-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 6 nəfər təşkil edib. 9 nəfər isə yaralanıb və ya xəsarət alıb.

“Doktrina” JHAM direktoru Cəsur Sümərinli bildirib ki, dünyasını dəyişənlərin 1-i döyüş (erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir. 1- nəfər xəstəlikdən dünyasını dəyişib, 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 5-i Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.

Yaralananlar və xəsarət alanların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 1-i erməni gülləsindən, 3-ü isə avtoqəza nəticəsində olub. 8 nəfər Müdafiə Nazirliyinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.
XS
SM
MD
LG