Accessibility links

Tərtərdə 20 evə ziyan dəyib


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyir

«Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir».

Bu barədə yerli mediaya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı verib.

O qeyd edib ki, ötən gecə Tərtər şəhəri minaatanlardan və iriçaplı silahlardan atəşə tutub. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.

Öz növbəsində Müdafiə nazirliyinin aprelin 26-na açıqladığı məlumata görə saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Eyni zamanda erməni tərəfi bildirib ki, Azərbaycanın açdığı atəş nəticəsində iki erməni hərbçisi həlak olub. “Qrad” qurğularından Mardakert (Ağdərə) rayon mərkəzinə və Madaqis kəndinə zərbələr endirilib.

Yerli sakinlərdən də Azadlıq Radiosuna bildiriblər ki, top mərmilərindən bir neçəsi Tərtər şəhərində də bir evə düşüb. Ancaq xoşbəxtlikdən ölən yaralanan olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG