Accessibility links

Müdafiə Nazirliyi :Erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi son iki gündə cəbhədə hərbi əməliyyatların bərpa edildiyini bildirir.

Müdafiə Nazirliyi yeni bir açıqlama yayıb.

Açıqlamada cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələrinin pozduğu bildirilir. Nazirliyin bildirməsinə görə, bu zaman qadağan olunmuş sursatlardan istifadə edilib:

«Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub».

Məlumatda həmçinin qeyd edilir ki, bununla Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışırlar: «Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi, yenə də Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür».

Azərbaycan Müdafiə Nazirliyi son iki gündə cəbhədə hərbi əməliyyatların bərpa edildiyini bildirir. Bu zaman Tərtər rayonunda 30-a qədər evə mərmi düşdüyü deyilir.

Ermənistan tərəfi isə bu barədə açıqlama verməyib.

Aprelin 2-dən 5-nə kimi cəbhədə hərbi əməliyyatlar keçirilmişdi. Hər iki tərəfdən çoxlu sayda itkilərin olduğu bildirilir. Aprelin 5-i Moskvada tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG