Accessibility links

Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə hərbi parad keçirilib


Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə hərbi parad keçirilib
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə hərbi parad keçirilib

Sentyabrın 15-də “Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi paradı keçirilib. Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan iştirak edib.

İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığı günüdür"

Azərbaycan prezidenti İlham Əliyev paraddakı çıxışında deyib ki, bu gün Türkiyə-Azərbaycan qardaşlığı günüdür.

“Gün gələcək bayraqlarımız işgal altındakı bütün torpaqılarda qaldırılacaq".

Onun dəvətini qəbul edib Azərbaycan gələn Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana xüsusi təşəkkür edən İ.Əliyev 100 il əvvəl Qafqaz İslam Ordusunun yardımı ilə Bakının işgaldan azad edilməsindən bəhs edib.

Prezident Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurulmasının tarixçəsinə toxunub. Əliyev deyib ki, məhz Qafqaz İslam Ordusunun, Nuru Paşanın gəlməsi ilə Bakının işgaldan azad edilməsi mümkün olub. Bunu böyük hadisə adlandıran prezident vurğulayıb ki, Azərbaycan bunu heç vaxt unutmayacaq.

AXC-nin iki ildən sonra süqut etdiyini qeyd edən prezident Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etməsindən danışıb. Həmin vaxt Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub.

"Dünyada ikinci belə bir nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, dayaq olsun", deyən Əliyev Azərbaycan-Türkiyə əlaqələrindən, birgə həyata keçirilən tarixi enerji layihələrindən danışıb.

"Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq", prezident Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin yeni nəqliyyat damarı olduğunu vurğulayıb.

"Bu layihələri yalnız biz birlikdə edə bilərdik və etdik. Yalnız birgə səylərimizlə buna nail ola bilmişik. İki ölkə bu layihələrin faydasını görür".

İlham Əliyev ordu quruculuğu işlərindən də bəhs edib.

"Bizim güclü orduya ehtiyacımız var. Çünki torpaqlarımız işgal altındadır", prezident vurğulayıb ki, Azərbaycanın müstəqilliyini elan etdiyi ilk illərdə qonşular ölkədəki qeyri-sabit şəraitdən istifadə edərək, torpaqların bir hissəsini işgal edib, soyqrımlar təşkil ediblər. İlham Əliyev buna görə, güclü ordunun ərazi bütövlüyünün bərpası üçün əsas şərt olduğunu bildirib.

"Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir", İ.Əliyev çıxışını bu sözlərlə bitirib.

Rəcəb Tayyip Ərdoğan: "Azərbaycanda 1132 şəhidimiz var"

Türkiyə prezidenti R.T.Ərdoğan da çıxışının əsas hissəsini iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olması üzərində qurub.

"Azərbaycanda bizim 1132 şəhidimiz var. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin uyudugu ölkədir", Türkiyə prezidenti vurğulayıb ki, Azərbaycanla Türkiyə keçmişi bir, mədəniyyəti bir, dini bir, dili bir iki qardaş ölkədir.

Ərdoğan bildirib ki, hazırda Bakının işgaldan azad edilməsinin 100 illiyi yox, həm də iki ölkə arasındakı qardaşlıq yad edilir.

Azərbaycan hər cür dəstək verdiklərini və dəstək verməyə davam edəcəklərini vurğulayan Türkiyə prezidenti ölkəsinin Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu, olmaga davam edəcəyini qeyd edib.

O, birgə enerji və digər strateji layihələrdən də bəhs edib.

"Azərbaycanın sevinci sevincimiz, qürüru qürurumuz, dərdi dərdimiz, sıxıntısı sıxıntımızdır. Azərbaycan sevinərsə, sevinər, aglarsa aglarıq", deyən Ərdogan Dağlıq Qarabağ münaqişəsi haqda danışıb.

"Dağlıq Qarabağ sorunu eyni dərəcədə bizim üçün də sıxıntı qaynağıdır. Türkiyə olaraq çözüm üçün Azərbaycanın ortaya qoydugu bütün səyləri dəskləyəcəyik. 1 milyondan artıq qaçqın qardaşımızın dərdlərinin bitməsini istəyirik".

Ərdoğan Türkiyə-Ermənistan sərhədlrəinin açılması perspektivləri ilə bağlı da mesaj verib. O, deyib ki, Qarabağ problemi çözülməzsə, onlardan sərhədlərin açılmasının istənilməsi faydasızdır.

Bütün qonşularla yaxşı əlaqələr istədiklərini ifadə edən Türkiyə prezidenti çıxışının sonunda Dağlıq Qarabağ münaqişəsinin çözülməsinin Ermənistanla münasibətlərin yaxşılaşmasının "olmazsa-olmaz" şərti olduğunu vurğulayıb.

Yüz il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşeviklərdən azad edib. Bununla da 1918-ci il mayın 28-d elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.

Hərbi parad

Bu gün keçirilən paradda Azərbaycan və Türkiyə Ordusunun nizami hissələri keçib, hər iki dövlətin hərbi şahinləri havada nümunəvi çıxışlar nümayiş etdirib, Xəzər donanmasının gəmiləri keşik çəkib.

Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemləri, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib.

Suvari dəstələrinin nümayişləri alqışlarala qarşılanıb.

Daha sonra 1918-ci ilin 15 sentyabrına bir qayıdış olub. Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında “Azadlıq” meydanına daxil olub. 1918-ci ildə oluğu kimi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusnun o dövrün hərbi geyimində və silahlarını gəzdirən nizami dəstlələr “Əsgər” marşının sədaları altında meydandan keçib.

Paradı minlərlə yerli sakin və Türkiyədən gəlmiş insanlar izləyib. Onlar Amerikanın Səsinə müsahibələrində Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığından danışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG