Accessibility links

Azərbaycan ondan çox ölkəyə hərbi məhsul ixrac edir


Yavər Camalov
Yavər Camalov

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində 58 istehsal sahəsi mövcuddur.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov dekabrın 17-də jurnalistlərin sualının cavabında bildirib.

Nazirin sözlərinə görə, nazirliyin zavodlarının sayı 18-dən 28-ə çatdırılıb. 2007-ci illə 2017-ci ili müqayisə etdikdə ümumi məhsul həcmi 6,7 dəfə artıb. Müdafiə təyinatlı məhsullar isə 42 dəfə çoxalıb.

O qeyd edib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il Müdafiə Nazirliyinə və digər qurumlara verilən müdafiə təyinatlı məhsulların həcmi 7,1 faiz artıb.

Nazir bildirib ki, keçən il ixrac olunan məhsullar kooperasiya ilə birlikdə əvvəlki illərə nisbətən 2,7 dəfə artıb, bu gün Azərbaycan 10-dan çox ölkəyə öz məhsullarını ixrac edir.

“Gələn ilin iyun ayında Silahlı Qüvvələr Günü ərəfəsində Şirvan şəhərində 2 zavodun açılışı olacaq”, nazir deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG