Accessibility links

Ovçuluq təsərrüfatının ərazisindən 1092 ədəd partlamamış hərbi sursat və silah tapılıb


Hərbi sursat
Hərbi sursat

Biləsuvar rayonunun (Bakıdan 153 kilometr cənub) “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində sentyabrın 1-dən oktyabrın 2-dək aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1092 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik və 1 ədəd “Sevidj” markalı tapança, 1 ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkarlanıb. 194 min 428 kvadratmetr əraziyə yerüstü və 20 min kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA məlumat yayıb.

Aşkarlanmış partlamamış hərbi sursatlar və odlu silahlar oktyabrın 2-də partlayış yolu ilə zərərsizləşdirilib.

Agentlik partlamamış hərbi sursat və silahları ovçuluq təsərrüfatının ərazisinə kimlərin yerləşdirdiyi barədə məlumat vermir.

XS
SM
MD
LG