Accessibility links

Azərbaycan və Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir


 «TurAz Qartalı - 2015» birgə taktiki təlimlər davam edir
«TurAz Qartalı - 2015» birgə taktiki təlimlər davam edir

Bu barədə Müdafiə Nazirliyi məlumat verir

Sentyabrın 1-də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin «TurAz Qartalı - 2015» birgə taktiki təlimləri davam edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra ediblər.

Bir neçə gündür ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə təlim məşqlərinə başlayıblar. Təlim məşqləri iki ölkə arasında illik hərbi əməkdaşlıq planına əsasən aparılır.

XS
SM
MD
LG