Accessibility links

Azərbaycan və Türkiyə hərbçiləri birgə hərbi təlim keçirir [Video & Fotoqalereya]


Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir

Təlimləri Azərbaycan, Türkiyə və Gürcüstanın yüksək səviyyəli hərbi rəhbərləri müşahidə edib

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli formatda keçiriləngörüşlərində əldə edilmiş razılığa əsasən, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 4-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənovun, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri Mehmet Özoğlunun və Gürcüstan Müdafiə Nazirliyinin briqada komandiri Zurab Xviçianın rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin növbəti mərhələsini izləyib.

Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG