İyunun 19-dan etibarən qoşunların hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, təlimlərə 23 min nəfər şəxsi heyət, 120-dək tank, zirehli texnika, 180 müxtəlif çaplı raket və artilleriya qurğusu cəlb ediləcək.
Təlimlərdə həmçinin, reaktiv yaylım atəş sistemindən, minaatanlardan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyasından, yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarından istifadə olunacaq.
Təlimlərin iyunun 24-nə kimi davam edəcəyi bildirilir.