Accessibility links

NATO rəsmisi üçün brifinq verilib


Vilyam Lahu
Vilyam Lahu

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri Vilyam Lahu (William Lahue) üçün brifinq verilib.

Müdafiə Nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilir ki, brifinq aprelin 1-dən 7-dək "qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri"nə dair keçirilib.

Məlumatda deyilir ki, brifinqdə Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş ziyan, mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanan məlumatlar təqdim edilib.

"Əlavə olaraq, Ermənistan tərəfindən törədilmiş təxribatların qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri haqqında məlumat verilib", nazirliyin məlumatında qeyd edilir.

Sonda cənab Vilyam Lahun-nun (William Lahue-nun) sualları cavablandırılıb.

XS
SM
MD
LG