Accessibility links

Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir


Süheyl Aman
Süheyl Aman

Sentyabrın 19-da Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır.

Pakistanın Azərbaycandakı səfirliyindən Trend agentliyinə verilən məlumatına görə, səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq.

Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək.

XS
SM
MD
LG