Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükkakyüz ilə görüşüb.
Görüşdə hərbi təhsil və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Tərəflər hərbi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, habelə iki ölkə hərbiçiləri arasında təcrübə mübadiləsi zərurətini qeyd ediblər.