Accessibility links

Dövlət Departamenti Rusiyanın təhlükəli hərbi hərəkətləri ilə bağlı bəyanat yayıb


 ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Birləşmiş Ştatlar yanvarın 29-da Qara dəniz üzərində Rusiya təyyarəsinin təhlükəli hərbi hərəkətlər keçirərçən baş vermiş son insidenti böyük həyacanla qeyd edir.

ABŞ-ın Avropadakı Hərbi Dəniz Qüvvələri tərəfindən təsdiq edildiyi kimi, Rusiyanın Su-27 hərbi təyyarəsi beynəlxalq hərbi məkanda ABŞ-ın EP-3 təyyarəsinə təhlükəli şəkildə hərəkət edib: rusiyalı pilot EP-3 təyyarəsinə 5 fut məsafədə yaxınlaşaraq onun uçuş xəttinin düz qarşısından keçib. ABŞ təyyarəsi beynəlxalq qanunlar çərçivəsində əməliyyat apararkan, Rusiya tərəfi mövcud saziş və beynəlxalq qanunu, bu halda, 1972-ci il tarixli Dəniz və Dənizin üzərində İnsidentlərin Qarşısının Alınmasına dair Sazişi kobud şəkildə pozub. Bu Rusiyanın hərbi fəaliyyətlər göstərərkən beynəlxalq norma və qanunlara hörmətsizliklə yanaşmasının nümunələri arasında ən sonuncudur.

"Biz Rusiyanı səhv hesablama risklərini artıran, hər iki tərəfin ekipajlarına təhlükə yaradan, havada toqquşmalarla nəticələnə biləcək təhlükəli hərəkətlərə son qoymağa çağırırıq", sənəddə qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG