Accessibility links

NATO və Azərbaycan birgə təlim kursu keçirir


NATO-Azərbaycan təlim kursu
NATO-Azərbaycan təlim kursu

Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Şimali Atlantika Alyansının Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edilən tədbirdə iştirakçılara NATO-nun komanda və qüvvə strukturu, təlimlərin konsepsiyası, planlaşdırılması, idarə edilməsi və keçirilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilir.

Fevralın 16-dək davam edəcək təlim kursunda müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

XS
SM
MD
LG