Accessibility links

Müdafiə naziri Türkiyənin PUA şirkətində olub


Zakir Həsənov “Baykar Makina” şirkətində
Zakir Həsənov “Baykar Makina” şirkətində

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub. Bu barədə Azərbaycan Müdafiə Nazirlyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.

Xatırladaq ki, Z.Həsənov Türkiyə müdafiə naziri Nurəddin Caniklinin dəvətilə martın 28-də Türkiyəyə rəsmi səfərə gedib. Səfər müddətində Z.Həsənov Türkiyə preizdenti R.Ərdoğan, Baş Qərargah rəisi Hulüsi Akar, müdafiə naziri N.Canikli ilə görüşüb.

Martın 31-də isə Tükriəynin Gerasun şəhərində Türkiyə, Azərbaycan və Grücüstan müdafiə nazirlərinin görüşü planlaşdırılır.

XS
SM
MD
LG