Accessibility links

İlham Əliyev Raket Qoşunlarının yeni hərbi hissəsinin açılışında iştirak edib


Belarus və İsrail istehsalı olan raket kompleksləri nümayiş etdirilib

Prezident İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edib

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev hərbi hissə ilə tanışlıq zamanı raketlərin saxlanması, döyüş maşınlarına yüklənməsi anqarına və döyüş texnikası parkında hərbi texnikaya baxıb.

Dövlət başçısına hərbi hissədəki Belarus istehsalı olan əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verilib. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur.

Prezidentə bildirilib ki, əməliyyat-taktiki raket kompleksi olan “LORA” (İsrail istehsalı) da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır.

Raketin zərbə radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir.

Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

XS
SM
MD
LG