Accessibility links

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib


Azərbaycan və Gürcüstan bayraqları
Azərbaycan və Gürcüstan bayraqları

Gürcüstan müdafiə nazirinin müavini Azərbaycanda səfərdədir

Martın 28-də Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvili Azərbaycana səfəri çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşüb.

İki ölkə arasında hərbi və hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.


Nazir Hsəsnov Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdiklərini və əlaqələrin daim inkişaf etdirildiyini vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri hər iki ölkənin ərazilərindəki mövcud qaynar bölgələrdəki dondurulmuş münaqişələrin regionun inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Gürcüstanın müdafiə nazirinin müavini M.Darçiaşvili də öz növbəsində hər iki dövlətin əlaqələrinin möhkəm tarixi bazaya və qarşılıqlı səmimi münasibətlərə əsaslandığını, Gürcüstan ilə Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib, hər iki ölkənin Müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın ümumi mənafelərə xidmət etdiyini bildirib.
XS
SM
MD
LG