Accessibility links

Azərbaycan və Böyük Britaniya hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə edib


Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon
Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon

Sentyabrın 9-da Londonda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Azərbaycan ilə Böyük Britaniya müdafiə nazirləri səviyyəsində ilk dəfə təşkil olunan rəsmi görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda ikitərəfli əsasda və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən tədbirlərdə, o cümlədən sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb və əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib.

XS
SM
MD
LG